|
ملت بزرگ ترک ازاروپا تاآسیای مرکزی,قفقاز,ترکمنستان,خراسان,افغانستان تا چین
|
|
|
|
||||
|
گونتاي گنجالپ
ميللي حرکت ايقتيدار حسابلاشمالاريندان اوزاق اولمالي
سئچيمدن سونرا ايقتيدار يولونداکي حسابلاشمالار مرحله سي باشلاميشدير. اؤلکه ميقياسيندا رئژيمه قارشي اولان اعتيراضلار بيزيم ميللي حرکتين مضمونو ايله عئينيليک تشکيل ائتمير. ايقتيدار يولونداکي موجاديله ده تظاهوراتلار اولا بيلر. بو تظاهوراتلاردا ايشتيراک ائتمک بيزيم ميللي دونياگؤروشوموزله اويغون دئييلدير. بو تظاهوراتلاردا اؤله جک، زيندانا دوشوجک وايجتيماعي حوقوقلاردان محروم ائديله جک ميللي آکتيويستلر حياتلاريني بوشونا ايتيرميش اولاجاقلار. احمدينژادي محکوم ائده جک، موسويني دستکله يه جک تظاهوراتلارين بيزيم ميللي فلسفه ايله هئچ بير علاقه سي يوخدور. موسوي و يا باشقا بيريلري تورکلرين ميللي اويانيش ائنئرژيسيني بو يولا يؤنلنديرمک ايسترلر. بيزيم اينسانلاريميزدا مظلومون يانيندا دورما دويغوسو وار. لاکين بو سئچيمده موسوي مظلوم دورومدا دئييلدير. چونکو هم موسوي، هم ده احمدينژاد بيزيم ميللي ايستکلريميزله باغلي عئيني مسافه ده ديرلر. هر احتيمالا گؤره اورتايا چيخاجاق تظاهوراتلاردا ميللي اينسانلار قاتيلماماغي ترجيح ائتمه ليديرلر، بئله دوروملاردا کناردا قالماق داها دوغرودور. دوغرو اولان ميللي حرکتين ايقتيدار موجاديله سيندن اوزاقدا قالماسيدير. احمدينژاد ديکتاتورلوغونا قارشي بو رئژيمين قوراللاري ايچينده موباريزه آپارمانين هئچ بير آنلامي يوخدور. بيزيم ميللي حرکتن آماجي بو سيستئمين يئرينده قاليب سادجه احمدينژادين گئتمه سي دئييلدير. بيز ايستر ايسلام رئژيميني، ايستر اونا آلتئرناتيو اولاجاق هر نؤوع فارس ميللييتچيليگي مرکزلي سياسي ايقتيداري قبول ائتميريک. بو اوزدن ده ايستر ايرانين دئموکراتيکلشمه سيينده، ايسترسه ايقتيدار يولونداکي ايچ حسابلاشمالاردا بيزيم موداخيله ائتمه گيميز فايداسيزدير و يالنيز بيريکميش اولان ميللي ائنئرژيميزي بوشونا ايتيرميش اولاريق.
Milli hərəkət iqtidar hesablaşmalarından
uzaq olmalı
Seçimdən sonra iqtidar yolundakı hesablaşmalar mərhələsi başlamışdır. Ölkə miqyasında rejimə qarşı olan etirazlar bizim milli hərəkətin məzmunu ilə eynilik təşkil etmir. İqtidar yolundakı mücadilədə təzahüratlar ola bilər. Bu təzahüratlarda iştirak etmək bizim milli dünyagörüşümüzlə uyğun deyildir. Bu təzahüratlarda öləcək, zindana düşücək və ictimai hüquqlardan məhrum ediləcək milli aktivistlər həyatlarını boşuna itirmiş olacaqlar. Əhmədinəjadı məhkum edəcək, Musəvini dəstəkləyəcək təzahüratların bizim milli fəlsəfə ilə heç bir əlaqəsi yoxdur. Musəvi və ya başqa biriləri türklərin milli oyanış enerjisini bu yola yönləndirmək istərlər. Bizim insanlarımızda məzlumun yanında durma duyğusu var. Lakin bu seçimdə Musəvi məzlum durumda deyildir. Çünkü həm Musəvi, həm də Əhmədinəjad bizim milli istəklərimizlə bağlı eyni məsafədədirlər. Hər ehtimala görə ortaya çıxacaq təzahüratlarda milli insanlar qatılmamağı tərcih etməlidirlər, belə durumlarda kənarda qalmaq daha doğrudur. Doğru olan milli hərəkətin iqtidar mücadiləsindən uzaqda qalmasıdır. Əhmədinəjad diktatorluğuna qarşı bu rejimin quralları içində mübarizə aparmanın heç bir anlamı yoxdur. Bizim milli hərəkətn amacı bu sistemin yerində qalıb sadəcə Əhmədinəjadın getməsi deyildir. Biz istər islam rejimini, istər ona alternativ olacaq hər növ fars milliyətçiliyi mərkəzli siyasi iqtidarı qəbul etmirik. Bu üzdən də istər İranın demokratikləşməsində, istərsə iqtidar yolundakı iç hesablaşmalarda bizim müdaxilə etməyimiz faydasızdır və yalnız birikmiş olan milli enerjimizi boşuna itirmiş olarıq.
+
نوشته شده در چهارشنبه بیست و هفتم خرداد 1388ساعت 0:59 توسط (ائل دایاغی)
|
|
|||||
|
|||||